"Yalnız pozitiv emosiyalara malikəm. Şadam ki, Azərbaycan milli komandasının düşərgəsindəyəm". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının debütantı Ramil Şeydayev bu gün jurnalistlərə açıqlamasında bildirib. Türkiyənin "Trabzonspor" klubunun hücumçusu millimizdə özünü yaxşı göstərmək üçün həm oyunda, həm də məşqlərdə var-gücü ilə çalışacağını bildirib: "Ümid edirəm ki, bizdə hər şey alınacaq. Millidə olmaq futbolçu üçün yaxşı şansdır. Nə qədər çox oynasan, sənin üçün bir o qədər yaxşıdır".











































































