1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qarabağ” rəsmisi Telinin hərəkətinə haqq qazandırdı
"Qarabağ" klubunun icraçı-direktoru Əmrah Çelikel Avstriya "Zalsburq"u ilə qarşılaşma zamanı qırmızı vərəqə alaraq meydanı tərk edən Admir Telinin kapitanlıq sarğısını yerə atmasına münasibət bildirib. Çelikel Sportnet.az-a albaniyalı futbolçunun bu hərəkətinə haqq qazandırmağa çalışıb.
Klub rəsmisi bunun birbaşa baş məşqçiyə aid olduğunu söyləyib: "Onun işinə qarışa bilmərəm. Məncə, Teli də belə olsun istəməzdi. Kapitan sarğısını yerə atmasını görməmişəm. Ancaq biz tribunada necə həyəcan keçiririksə, o, bir başa oyunun içində idi və ola bilər ki, əsəblərini cilovlaya bilməyib. Qurban Qurbanov futbolçular və oyunla bağlı hər şeyi bizdən yaxşı bilir. Mən Telinin kapitan sarğısını yerə atmağına inanmıram. Hadisələr Qurbanovun düz yanında baş verib. Admirin daha çox məyus olduğuna inanıram. Baş məqşçimiz hansı futbolçu ilə tədbir görmək qərarına gəlsə, biz bunu həyata keçirəcəyik”.
Çelikel 33 yaşlı müdafiəçinin kapitan sarğısını yerə atığı anın videogörüntüsünü izlədikdən sonra isə sözlərinə belə davam etdi: "Sizinlə danışarkən həmin görüntüyə baxdım. Sarğını yerə atmadı. Gördü ki, heç kim yoxdur, o da əlindən buraxıb meydandan çıxdı. Çünki özünü çox pis hiss edirdi. Belə bir məqamda bunu şişirtmək lazım deyil. Biz gələn həftə bundan daha da ağır oyuna çıxacağıq. Əgər Teli və ya başqa bir oyunçu səhvə yol veribsə, hər kəsdən əvvəl baş məşqçimiz tətbir görəcək”.
Röya KƏRİMLİ