Azərbaycan milli komandasının futbolçuları Emin Mahmudovla Kamran Ağayev Portuqaliyada görüşüblər. Sportnet.az-ın məlumatına görə, Kamran yeni keçdiyi "Boavişta" klubunda həmyerlisi ilə birgədir.
Mahmudov sosial şəbəkədə şəxsi səhifəsində Ağayevlə birgə fotosunu yayıb. Onun şəklə statusu "Kamran üçün ekskursiya keçirəm" olub.






































































