"Qəbələ" klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsində Belçika "Anderlext"i ilə keçirəcəyi səfər matçı üçün Brüsselə yola düşüb. 
Sportnet.az-ın məlumatına görə, komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanından Belçika paytaxtına çarter reysi ilə uçan təyyarə aparıb.
Bu gün "qırmızı-qaralar" "Konstant van den Stok” stadionunda oyunqabağı son məşqə çıxacaqlar.
Xatırladaq ki, "Anderlext” – "Qəbələ” matçı sentyabrın 15-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.









                 














    
    
    
    
    
    
    
    
    























































