1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"də 23-cü baş məşqçi
Elxan Abdullayev "Neftçi"nin Azərbaycan milli çempionatında 23-cü baş məşqçisi kimi tarixə düşəcək. Sportnet.az-ın məlumatına görə, bu, növbəti - V turda "İnter"lə sentyabrın 18-də səfər matçında olacaq. Özü də 46 yaşlı Abdullayev vaxtilə bu komandada köməkçi məşqçi olub və çempionluq qazanıb.
"Neftçi"ni bunadək milli çempionatımızda matçlara 22 baş məşqçi çıxarıb. Abdullayev bu siyahıya 23-cü çalışdırıcı kimi düşüb. Onun təyinatı Premyer Liqada cari mövsümün ilk istefasından - Vəli Qasımovun vəzifəsindn çıxarılmasından sonra olub.
"Neftçi”nin Azərbaycan çempionatlarındakı bütün məşqçiləri aşağıdakılardır:
Əhməd Ələsgərov (1992, 1998/99, 1999/2000), Sergey Kramarenko (1993), Böyükağa Ağayev (1993, 2008/09, 2009/10), Vaqif Sadıqov (1993, 1993/94, 1994/95, 1995/96, 2009/10), Asif Əliyev (1995/96, 1997/98, 1998/99), Kazbek Tuayev (1995/96, 1996/97, 1997/98, 1998/99, 2001/02, 2003/04, 2004/05), Ruslan Abdullayev (1997/98), Şamil Heydərov (1999/2000), Asəf Namazov (2000/01), Oqtay Abdullayev (2000/01), Ağasəlim Mircavadov (2004/05, 2005/06), Qurban Qurbanov (2006/07, 2007/08), Vlastimil Petrjela (2007/08), Anatoli Demyanenko (2007/08, 2008/09), Hans Yurgen Gede (2008/09), Arif Əsədov (2009/10, 2010/11, 2014/15), Böyükağa Hacıyev (2011/12, 2012/13, 2013/14, 2014/15), Tərlan Əhmədov (2013/14), Nazim Süleymanov (2013/14), Samir Əliyev (2015/16), Əsgər Abdullayev (2015/16), Vəli Qasımov (2015/16, 2016/17).
Bu mütəxəssislərdən ilk çempionluğu 1992-ci ildə Əhməd Ələsgərov qazandırıb. Kazbek Tuayev isə 1996 və 2014-cü illərdə "qızıl dubl"a imza atmaqla ən yaxşı nailiyyətə imza atıb. "Neftçi" son çempionluğa 2013-cü ildə Böyükağa Hacıyevin rəhbərliyi altında nail olub. "Ağ-qaralar"ın avrokuboklara isə 1995-ci ildə ilk ölkə kubokunu qazandıran Vaqif Sadıqov çıxarıb.
Komandanın tarixində cəmi 3 əcnəbi baş məşqçi olub ki, bunlardan çexiyalı Vlastimil Petrjela, ukraynalı Anatoli Demyanenko və almaniyalı Hans-Yurgen Gede 2007-08-ci illərdə bir-birlərini əvəzləyiblər. Onlardan Demyanenko nəinki "Neftçi"də, klublarımızda avrokuboklarda 2 mərhələ adlayan ilk baş məşqçi olub. Bu, 2008-ci ilin yayında İntertoto kubokunda olub.
Mehman Süleymanov