"Qarabağ" klubu bu gün Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Çexiyanın "Slovan" komandası olub.
Oyunda ilk sevinən tərəf qonaqlar olub. 9-cu saniyədə "Slovan"ın heyətində Yan Sikora topu İbrahim Şehiçin qoruduğu qapıdan keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın cavabı özünü çox gözlətməyib. 7-ci dəqiqədə Miçel hesaba tarazlıq gətirib.
İkinci hissəyə də Çexiya klubu daha aktiv başlayıb. Nəticədə matçın 69-cu dəqiqəsində "Qarabağ" qapısında daha bir top görüb. Kapitan Milan Baroş komandasının ikinci topunu vurub.
Lakin uzatma dəqiqələrində "Qarabağ"ın lideri Rəşad Sadıqov səhnəyə çıxıb və gözəl zərbə ilə bərabərlik qoluna imza atıb. Beləliklə, Azərbaycan çempionu qrup mərhələsinə 2:2 hesablı heç-heçə və 1 xalla başlayıb.
Avropa Liqası
I tur
15 sentyabr
19:00. "Qarabağ" (Azərbaycan) - "Slovan" (Çexiya) - 2:2
Qol: Miçel, 7. Rəşad Sadıqov, 90+4 - Yan Sikora, 1. Milan Baroş, 69
Baş hakim: Stefan Klossner
Yan xətt hakimləri: Raffael Zeder, Con-İves Uiçt
Əlavə hakim-köməkçiləri: Alan Byeri, Saşa Amhof
Dördüncü hakim: Yohannes Vogel (hamısı İsveçrə)
Hakim-isnpektor Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)
Bakı. "Dalğa Arena" stadionu