Futbol üzrə 2017-2018 mövsümündə Çempionlar Liqasının (ÇL) final matçı Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. Sportnet.az-ın məlumatına görə, bu barədə ölkə prezidenti Pyotr Poroşenko şəxsi "twitter" səhifəsində yazıb.
P.Poroşenko bildirib ki, UEFA qərarı yenicə qəbul edib.
Qeyd edək ki, Çempionlar Liqasında 2016-2017 mövsümünün finalı gələn il iyunun 3-də Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda keçiriləcək.






































































