1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Slovan"ın baş məşqçisi: "Papaq həmişə mənimlədir"
"Oyun gözlədiyimiz kimi keçdi. İlk 15 dəqiqədə hücumda oynadıq. Bundan sonra oyun dəyişdi. Müdafiəyə keçməli olduq. İkinci hissədə vəziyyət dəyişdi. 4-5 qol şansımız var idi. Onların hamısını dəyərləndirə bilmədik. "Qarabağ” çox güclü komandadır. Bunu bilirdik. Bizim üçün ən çətin oyunlardan biri oldu”.
Sportnet.az-ın məlumatına görə, bunu Çexiya "Slovan”ının baş məşqçisi İndrjix Trpişovski "Qarabağ"la Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Demək olarmı ki, bu gün baş məşqçilərin və kapitanların mübarizəsi oldu?
- Bu, tək bir oyunçunun yox, bütün komandanın oyunu idi. Fərqli görüş idi. Bu matçda hər oyunçunun öz gücünü göstərdiyini düşünürəm.
- İkinci hissənin son 25 dəqiqəsində komandanız pressinq tətbiq etdi. Belə təəssürat yaranmışdı ki, 3-cü hissə olsaydı, yenə oynamağa hazır idiniz?
- 3-cü hissə olsaydı, onu da güclə keçirə bilərdik. Amma "Qarabağ” da kombinasiyalı futbol göstərən komandadır. Onlar da 3-cü hissəni oynaya bilərdilər.
- 90 dəqiqə ərzində başınızda papaq var idi. Bu, hansısa inancdan irəli gəlir?
- Papaq həmişə mənimlədir. Baxsanız, onu həmişə geyinirəm. İdman stilinə üstünlük verirəm.