1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bizim üçün yeni dünya çempionatı başlayır”
"Çətin oyun olacağını bilirdik və buna hazırlaşmışdıq. Artıq irəliyə doğru vacib addım ataraq 1/8 final mərhələsinə vəsiqə qazanmışıq".
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri İranla qrup oyunu matçından sonra Azərbaycan millisinin baş məşqçisi Milton Luis Ziller Junior deyib.
O, komandanın indi toparlanmalı və dünya çempionatında çıxışını davam etdirmək barədə düşünməli olduğunu bildirib: "Diqqətimizi daha çox Tayland yığmasının keçirdiyi oyunları təhlil etməyə yönəltməliyik. Belə demək mümkünsə, bizim üçün yeni dünya çempionatı başlayır”.
Qeyd edək ki, Azərbaycan millisi futzal üzrə dünya çempionatının qrup mərhələsinin son oyununda İranla 3:3 edərək turnirin 1/8 final mərhələsinə vəsiqə qazanıb.