1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PAOK-un futbolçusu: "Qarşıdakı 5 oyuna baxmalıyıq"
"Avropa Liqasında debüt etdiyim üçün xoşbəxtəm. "Fiorentina"ya qarşı yaxşı oyun oldu və biz güclü komanda ilə heç-heçə etdik". məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Yunanıstan PAOK-unun futbolçusu Mame Baba Tiam klub saytına açıqlamasında deyib.
Seneqallı hücumçu ilk oyundakı nəticədən razı qaldığını bildirib. O, Avropa Liqasının qrup mərhələsindəki qalan 5 oyuna diqqətlərini yönəltməli olduqlarını söyləyib: "Artıq "Fiorentina" ilə oyun geridə qaldı. Diqqətimizi qarşıdakı beş oyuna yönəltməli və nəticə qazanmalıyıq".
Yunanıstan klubunun 23 yaşlı yeni transferi komandada xoşbəxt olduğunu da deyib: "Mən PAOK-da xoşbəxtəm. İnsanlar, dostlarım, komanda yoldaşlarım özümü xoşbəxt hiss etməyimə kömək edir. Futbolçulardan italyan, ingilis, fransız dilində danışanları da var. İndi komandama necə kömək edəcəyim haqda düşünürəm".
Qeyd edək ki, müqavilə ilə "Yuventus"a məxsis olan Tiam avqustun 31-də ivacər əsasınd PAOK-a keçib.