İspaniyanın "Barselona" klubu futbolçu Serxio Busketslə müqavilə müddətini artırıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Yeni müqaviləyə əsasən ispaniyalı yarımmüdafiəçi 2021-ci ilə qədər Kataloniya təmsilçisində çıxış edəcək. Həmçinin müqavilədə göstərilən müddət başa çatdıqdan sonra sazişin 2023-cü ilə qədər artırıla biləcəyinə dair maddə də yer alıb.
Qeyd edək ki, Buskets 17 yaşında "Barselona"ya gəlib və 2008-ci ildən əsas komandada çıxış edib. 2013-cü ildə imzalanan müqaviləyə görə, Buskets 2018-ci ilə qədər kataloniyalıların uğuru üçün çalışmalı idi.









                 





    
    
    
    
    
    
    
    
    





















































