"Qarabağ"ın "İmarət" azarkeş qrupunun feysbuk səhifəsi oğurlanıb. Sportnet.az-ın məlumatına görə, 5 ildir fəaliyyət göstərən səhifənin oğurlanması haqda qrupun idarə heyətinin üzvü Qabil Hüseyn şəxsi "Facebook" hesabındakı paylaşımında bildirib.
Səhifənin sentyabrın 26-dan naməlum şəxslər tərəfindən ələ keçirildiyi qeyd olunub. Nəticədə qrupun üzvləri idarəçilikdən kənarlaşdırılıb. 15 mindən artıq üzvü olan səhifənin hansı məqsədlə oğurlandığı məlum deyil.
Q.Hüseyn bildirib ki, artıq məsələ ilə bağlı "Facebook" sosial şəbəkəsinin nümayəndələrinə məktub ünvanlanıb və qarşıdakı günlərdə hüquq-mühafizə orqanlarına da müraciət olunacaq.
Azarkeş qrupunun sentyabrın 26-dan adı çəkilən səhifədə edilən paylaşımlara görə heç bir cavabdehlik daşımadığı bildirilir.