1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PAOK klubunun baş məşqçisi: "Nəticə daha vacibdir"
"Məqsədimiz ən yüksək nəticəni qazanmaq olacaq. Hər bir oyuna qələbə üçün çıxırıq". Sportnet.az-ın məlumatına görə, bunu Yunanıstanın PAOK klubunun baş məşqçisi Vladimir İviç Avropa Liqasının J qrupunda "Qarabağ"la keçiriləcək oyundan öncə baş tutan mətbuat konfransında deyib.
Daha sonra gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- "Qarabağ"la qrupdakı mövqe PAOK-la yaxındır. Necə olacaq?
- "Qarabağ" yaxşı oyun gözləyir. Böyük ehtimalla bizi çətin oyun gözləyir.
- Bu həftə PAOK üçün çox məsuliyyətlidir. Ölkə çempionatında növbəti oyunu "Olimpiakos"a qarşı keçirəcəksiniz. Bu oyunda hər hansı bir köklü dəyişikliklər olacaq?
- Dəyişikliklər gözlənilir. Amma köklü dəyişiklik nəzərə alınmayıb. Təbii ki, bu oyunçuların vəziyyətindən, gözlənilməz halıın olub-olmamasından asılıdır.
- Azarkeşləriniz sizin "Qarabağ"a, yoxsa "Olimpiakos"a məğlubiyyətinizi bağışlamaz?
- Bütün məğlubiyyətlər azarkeşlər qarşısında bağışlanmır.
- Ötən mövsüm PAOK "Qəbələ" ilə oynadı və Bakıdan 1 xalla qayıtdı. Bu dəfə nə olacaq?
- İlk növbədə komandamdan yaxşı oyun və bu oyunun gətirəcəyi 3 xalı gözləyirəm. Rəqib heç də zəif deyil. Əksinə, güclü komanda ilə qarşıılaşacağıq. Ancaq hər bir futbolçunun bütün bacarığını ortaya qoyacağına əminik.
- Doğma meydan, təcrübəli baş məşqçi, yerli azarkeş və oturuşmuş heyət. Bunlar "Qarabağ"ın lehinə olan amillərdir. Sizin üstünlüyünüz nədir?
- Komanda hazırdır və səfər oyunlarına da çıxıb. Səfərdə öz gücünü ortaya qoyan komandam var. Üstünlüyümüz oyunçuların diqqətinin tam olaraq bu oyuna yönəlməsi, psixoloji və fiziki hazır olmalarıdır. Bunlar da bizim üstünlüyümüzdür.
- PAOK-un qol vurmaqla bağlı problemləri var. Amma az qolla da olsa, yaxşı nəticələr əldə edə bilir. Bu nə ilə bağlıdır?
- Bəli, razıyam ki, oyunda 10-15 qol epizodu qazanırıq, amma bir qol vururuq. Bu da komandaya çətinlik yaradacaq amildir. Hazırda bunun üzərində işləyirik. Son nöqtənin qoyulması ilə bağlı işlər gedir və bunu ciddi məsələ kimi dəyərləndiririk. Lazım olan nəticəni əldə etmək daha vacibdir.