17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Avstriya yığması olub.
Qarşılaşma yığmanın yer aldığı 6-cı qrupun oyunlarına ev sahibliyi edən Rumıniyanın Buftya şəhərindəki Rumıniya Futbol Federasiyasının (FRF) Futbol Mərkəzinin stadionunda keçirilib.
İlk görüşdə İngiltərəyə 0:2 hesabı ilə məğlub olan Vüqar Məmmədin rəhbərlik etdiyi komanda ardıcıl 2-ci məğlubiyyətini alıb. 17 yaşlılarımız bu dəfə avstriyalı həmyadılarına 2 to fərqi ilə yenilib.
Qrupun digər oyununda İngiltərə Rumıniyanı böyük hesabla məğlub edib - 3:0. Növbəti mərhələyə çıxma qşansını demək olar itirən millimiz qrupda son matçını oktyabrın 30-da Bakı vaxtilə saat 16:00-da meydan sahibləri ilə keçirəcək.
Avropa çempionatı, seçmə mərhələ, II tur
20:00. Azərbaycan U-17 - Avstriya U-17 - 1:3
Qollar: Xaqani Sadıqov, 23 - Aldin Aganoviç, 3, Romano Şmid, 60, Nikoas Vunç, 74
Baş hakim: Petur Raynert (Farer adaları)
Baş hakimin köməkçiləri: Endryu Kristiansen (Farer adaları), Daniel Mitruti (Rumıniya)
Dördüncü hakim: Ketelin Qaman (Rumıniya)
UEFA nümayəndəsi: Patrik Felipek (Çexiya)
Hakim-inspektor: Cerard Perri (İrlandiya)
Rumıniya, Buftya. FRF-nin Futbol Mərkəzi