"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində rəqibi olan Belçikanın "Anderlext" klubu polşalı bombardiri Lukaş Teodorçukun transferini reallaşdırmağa hazırlaşır. Sportnet.az-ın məlumatına görə, Brüssel təmsilçisi Kiyev "Dinamo"sundan icarəyə götürdüyü 25 yaşlı hücumçunun keçidinin birdəfəlik həll olunması məsələsini razılaşdırıb.
Klubun idman direktoru Xerman van Xolsbek "Dinamo"nun rəhbərliyi ilə artıq əlaqə saxlayaraq gələcək sövdələşməni həll edib. "Anderlext" yaxın günlərdə transferin bütün detallarını rəsmiləşdirəcək.
İcarə müqaviləsinin şərtlərinə görə, brüssellilər Teodorçukun transfer hüquqlarına istədikləri vaxtda sahib ola bilmək hüququna malikdir. Belçika nəhəngi Ukrayna çempionuna keçidə görə 4,5 milyon avro ödəməlidir. Özü də van Xolsbek bildirib ki, Lukaşın "Anderlext"də uğurlu startı ona İngiltərə və Almaniya klublarında maraq yaradıb.
Xatırladaq ki, Teodorçuk qrupda ilk turda "Qəbələ"yə evdə 3:1 hesabı ilə qalib gəldikləri matçda hesabı açıb.