"Azərbaycanla oyunda qalib gəlmək bizim üçün önəmli idi. Meydana yalnız bu məqsədə nail olmaq üçün çıxmışdıq".
Spornet.az-ın məlumatına görə, bu fikirləri Şimali İrlandiya yığmasının futbolçusu Kris Brant deyib.
2018-ci il düna çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasına evdə 4:0 hesabı ilə qalib gəldikləri matçda sonuncu qolun müəllifi olan yarımmüdafiəçi nəticədən çox razı qaldıqlarını bildirib: "Azərbaycan yığması bu oyunadək keçirdiyi 3 matçda qapısında top görməmişdi. Biz rəqibin bu seriyasını qırmalı idik. Eyni zamanda bu, 2016-cı ildə sonuncu rəsmi matçımız idi. Ona görə ili 7 xalla başa vurmaq istəyirdik ki, bu vəzifənin öhdəsindən gələ bildik".
"Vest Bromviç"in futbolçusu Kamran Ağayevin qapısına vurudğu qoldan da söz açıb: "Qapıya zərbə vurarkən qol olacağına əmin deyildim. Ancaq top uzaq küncə yönəldi. Bu qol bizim üçün vacib idi. Çünki rəqib ikinsi hissədə fəallaşaraq hesab arasındakı fərqi azaltmağa çalışırdı. Ancaq vurduğum qolla matçın taleyi həll olundu və intriqa qalmadı. Kimin qol vurmağının həqiqətən heç bir önəmi yoxdur. Qələbə qazanmağımız vacib idi. Bu, 2-ci qolum oldu. Birinciyə 7 il öncə imza atmışdım".