1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA-dan AFFA-nın layihəsinə yüksək qiymət
UEFA-nın ali marketinq mükafatı olan "UEFA KİSS Marketing Awards 2016”nın qalibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə,
Yunanıstanın paytaxtı Afinada keçirilən tədbir zamanı ən yaxşı kommersiya tərəfdaşlığı meyarı üzrə Polşa Futbol Federasiyası – PZPN-in lisenziyalaşdırma proqramı qalib layihə olub.
AFFA tərəfindən təqdim olunmuş "CBC Sport” lahiyəsi bu meyar üzrə müxtəlif milli assosiasiyalar tərəfindən təqdim olunmuş 16 layihə arasında 3 ən yaxşı layihə kimi seçilib və maraqla qarşılanıb.
"UEFA KİSS Marketing Awards” hər iki ildən bir keçirilir və UEFA-ya daxil olan milli assosiasiyaların marketinq sahəsində tətbiq etdiyi layihələr 5 meyar üzrə qiymətləndirilir. 2 il öncə AFFA tərəfindən keçirilmiş "3x3 qızlar” turniri ən yaxşı kütləvi futbol layihəsi meyarı üzrə mükafatlandırılıb və layihə UEFA-nın qadın futbolu inkişafı proqramları üzrə hesabatında ən yaxşı təcrübə nümunəsi kimi göstərilib.
Qeyd edək ki, "CBC Sport" ötən ildən fəlaiyyət göstərərək 1 ilini artıq geridə qoyub.