Azərbaycan Kubokunun 1/8 final mərhələsində Bakıda "Şahdağ"la görüşəcək Gəncənin "Kəpəz" klubu dünəndən oyunun hazırlığına başlayıb. Sportnet.az-ın məlumatına görə, Premyer Liqanın XIII turunda "Neftçi" üzərində 2:0 hesablı qələbədən sonra bir gün istirahət edən komanda üzvləri yenidən paytaxtda bir araya gəliblər.
"Sarı-göylər" Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edir.
Hazırlıq planına əsasən, komanda dekabrın 2-nə bu arenada çalışacaq. Oyundan öncəki son məşq prosesi ilə matça ev sahibliyi edəcək "Bayıl Arena"da keçiriləcək.
Qeyd edək ki, dekabrın 3-də keçiriləcək "Şahdağ" - "Kəpəz" oyunu saat 13:00-da başlayacaq.