"Oyuna qələbə üçün çıxmışdıq və qarşıya qoyulan vəzifənindən öhdəsindən gəldik. Yaxşı komanda olduğumuzu, qalib gələ bildyimizi bir daha göstərdik".
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in futbolçusu Orxan Əliyev "Neftçi"ni 2:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra Gəncə klubunun rəsmi saytına açıqlamasında deyib.
İlk qolun müəllifi vurduğu ilk qola görə sevindiyini bildirib: "İmkan düşdü və mən fürsətdən lazımınca yararlandım. Hiss edirəm ki, oyundan-oyuna təcrübəm artır, qarşıdakı görüşlərdə də özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam. Qolların sayını artırmaq lazımdır”.
Qeyd edək ki, Orxan Əliyev "Neftçi" ilə matçın 27-ci dəqiqəsində fərqlənib.