İngiltərənin "Mançester Yunayted" klubunun azarkeşi Premyer Liqanın XX turu çərçivəsində "Vest Hem"lə Londondakı oyun zamanı dünyasını dəyişib. Sportnet.az-ın məlumatına görə, Olimpiya stadionundakı qarşılaşmanın ikinci hissəsində fanatın ürəyi tutub.
Dərhal tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Klub hadisə ilə bağlı başsağlığı verib.
Qeyd edək ki, görüş "Mançester Yunayted"in qələbəsi ilə yekunlaşıb. Xuan Mata və Zlatan İbrahimoviçin qolları sayəsində "qırmızı şeytanlar" ardıcıl qələbələrin sayını 6-ya, məğlubiyyətsiz oyunlar seriyasını 11-ə çatdırıblar.