Azərbaycan Premyer Liqa təmsilçilərindən qış fasiləsində Türkiyədə ilk təlim-məşq toplanışına yollanan "Neftçi" olacaq. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" sabah axşam saatlarında Antalyaya hazırlığa gedəcək. Komanda heyətində görmək istədiyi millimizin futbolçuları - Ruslan Abışovla Ağabala Ramazanov səfərə apara bilməyəcək. Buna səbəb keçidin həll olunmamağıdır.
Müqavilə ilə "İnter"ə məxsus olan yarımmüdafiəçilər rəhbərlikdən cavab gözlədiyindən məsələ açıq qalıb. Daga doğrusu, "İnter"in yeni prezidenti Azər Əliyev hazırda xaricdə olduğundan, Abışovla Ramazanov onun qayıdışını və danışıqların yekununu gözləyir. Klub prezidenti Azər Əliyev Bakıya dönəndən sonra yanvarın 5-də transferin baş tutub-tutmamağı ilə bağlı qərar verəcək. Həmin vaxt milli üzvlərinin "Neftçi"nin düşərgəsinə yollanacaqları, yoxsa "İnter"də qalası olacaqları bilinəcək.
"Bankirlər"in futbolçularının müqavilə şərtlərini yerinə yetirmələri üçün sponsorundan maddi təminatı olmalıdır. "İnter" buna əməl etməklə balı maddi çətinliklə üzləşərsə, yarım illik müqaviləsi olan oyunçularını satmaq sərfəlidir. Hər halda, bu zaman klub maddi planda qabağa düşəcək. Futbolçular müqaviləsi bitəcəyi halda isə sərbəst şəkildə gedə biləcəklərindən təzminat almaq mümkün olmayacaq.