Azərbaycan çempionatının I divizion təmsilçisi olan "Şəmkir" qış fasiləsini Türkiyədə keçirəcək. Sportnet.az-ın məlumatına görə, Qəhrəman Əliyevin yetirmələri yanvarın 6-7-də Antalyaya təlim-məşq toplanışına yollanacaq.
Yanvarın 24-dək davam edəcək hazırlıq prosesində bir neçə komandanın iştirakı ilə turnirdə çıxış etmək nəzərdə tutulub. Rəqiblərdən birinin Rusiyanın tanınmış klublarından olan, cari mövsümdən birinci liqada çıxış edən Moskva "Dinamo"sunun olacağı gözlənilir. Bu matçın yanvarın 21-də keçirilməsi gündəmdədir. Qazaxıstanın birinci liqasında çıxış edən "Altay"la da həmin vaxt qarşılaşmaq plandadır.
Xatırladaq ki, Premyer Liqaya çıxmağa iddialı olan ikiqat çempion "Şəmkir" ilk dövrəni 3-cü pillədə bitirib.