Ukraynanın "Olimpik” klubundan ayrılan Kirill Petrovun meneceri Aleksandr Pankov müştərisinin "Neftçi"yə transferi variantından danışıb.
Sportnet.az-ın məlumatına görə, Pankov Ukrayna mətbuatına açıqlamasında Petrovun Azərbaycan klubunda oynama ehtimallarını istisna etməyib. O bildirib ki, hazırda 26 yaşlı müdafiəçiyə Asiya, Yunanıstan və Azərbaycan klublarından birindən real təklif var. Amma menecer Azərbaycan klubunun böyük ada və nüfuza sahib olduğunu söyləyib.
Pankov Petrovun yaxın 2 gündə yeni müqaviləyə imza atacağını əlavə edib. Lakin o, klubun adını açıqlamayıb: "Hazırda dəqiq bir şey deyə bilmərəm. Çünki müqavilə bağlanılmayıb. Amma bu üç klubun hər biri ilə ətraflı müzakirələr olub. Hesab edirəm ki, yaxın 2 gündə onların arasında seçim ediləcək. Son söz Kirillindir”.