Rusiya Premyer Liqasının təmsilçisi olan "Anji"nin yeni baş məşqçisi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, son iş yeri həmin ölkədə birinci divizionda çıxış edən "OİK-Xabarovsk" olan Aleksadr Qriqoryandır. Erməni mütəxəssis Mahaşqala təmsilçisinin baş məşqçi postunda çexiyalı Pavel Vrbanı əvəzləyib.
Qeyd edək ki. "Anji"də "Qəbələ"nin hollandiyalı sabiq legioneri Lorenso Ebesilyo çıxış edir. 26 yaşlı yarımmüdafiəçi "qırmızı-qaralar"da oynadığı 2013/14 mövsümündə Azərbaycan Premyer Liqasının bürünc medalçısı olub.