1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rəhim Həsənov Allahın xüsusi bəndəsi olduğunu fikirləşdi"
"İstənilən matç futbolçu üçün özünəməxsus bayramdır. "Şəmkir"lə oyunda layiqli qələbə əldə etdk. Qarşılaşmanın gedişinə tam nəzarət edirdik, daha çox da qol vura bilərdik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Dnepr"in futbolçusu Sergey Kravçenko klubunun rəsmi saytına açıqlamasında bildirib.
"Qarabağ"ın sabiq legioneri Antalya toplanışında I divizion təmsilçimiz "Şəmkir"i 2:0 hesabı məğlub etdikləri matçla yanaşı, Zaqreb Dinamosyna 1:3 hesabı ilə uduzduqları oyun haqda danışıb.
Kravçenko həmin qarşılaşmada azərbaycanlı baş hakim Rəhim Həsənovun meydandan çıxarılmasına belə münasibət bildirib. Onun sözlərinə görə, günahkar olsa da, FİFA referimiz də ağır cəza verməyə bilərmiş: Mən özüm günahkaram, özümü saxlaya bilmədim. Onu da hesab edirəm ki, hakim özünü hardasa həddən artıq prinsipial apardı. Axı ilk sarı vərəqəni qərara razılaşmadığıma, ikincini isə söyüşə görə verdi. Yoldaşlıq görüşlərində buna görə meydandan qovulmaq praktikası adətən olmur. Hakim Azərbaycamdan idi, onun forasında FİFA-nın emblemi vardı. Yəqin, fikirləşdi ki, o, Allahın xüsusi bəndəsidir və buna görə məni prinsipial olaraq qovdu. Hətta Zaqreb "Dinamo"sunun futbolçuları hakimdən bunu etməməyi xahiş etdilər. Bir daha deyirəm ki, özümə haqq qazandırmıram, Axı bilirəm ki, günahkaram. Ancaq yaxşı ki, bu, təlim-məşq toplanışında baş verdi, çempionatda yox. Oyunda belə halın baş verməsinə görə üzüldüm. Komandam matçı 1 nəfərlə azlıqda başa vurmalı oldu".