1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Slaviya"nın bəyənmədiyi futbolçu "Turan Tovuz"da
Azərbaycan I Divizionunun II dövrəsinə hazırlığı doğma rayonda davam etdirən "Turan Tovuz" heyətini 4 futbolçu ilə gücləndirib. Sportnet.az-ın məlumatına görə, bunlar Mirkamil Həşimli, Rəşad Orucov, Timur Dadaşov və Mehman Behbudovdur.
Onlarla mövsümün sonunadək anlaşma əldə olunub.
Qeyd edək ki, Mirkamil Həşimli vaxtilə Türkiyənin "Fənərbağça" və Azərbayanın aşağı yaş qrupları üzrə milli komandalarının şərəfini qoruyub. Son olaraq "Rəvan"da çıxış etmiş Həşimli bir neçə gün öncə Bolqarıstan "Slaviya"sının düşərgəsində baxışda olsa da, bəyənilməyib. Rəşad Orucov "Turan Tovuz"un yetirməsidir. O, ilk dövrəni "Şərurspor"da keçirib. Timur Dadaşovla Mehman Behbudov isə "Bakılı"dan alınıb.