"İnter"in futbolçusu Adrian Skarlatake Azərbaycan Premyer Liqasının XVII turunda "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra müsahibə verib. Sportnet.az-ın məlumatına görə, rumıniyalı müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
- Məğlubiyyətin səbəbi nə idi?
- Pis oynadıq. Qol şansımız vardı. Matça pis başladıq və buna görə qələbəni əldən verdik. Həm də legioner limiti özünü göstərdi.
- "Neftçi"dən belə yaxşı oyunu gözləmirdiniz?
- Deməzdim. "Neftçi" bu gün normal futbol oynadı. Biz bu gün pis oynadıq və ona görə də uduzduq.
- Müdafiəçilərdə niyə belə problemlər idi? Xüsusilə ilk qolda "İnter"in müdafiəçiləri harda idi?
- Bu, təkcə müdafiə xətti ilə bağlı deyildi. Bütün komanda pis oynadı. Həm müdafiə, həm də yarımmüdafiə xəttimiz zəif çıxış etdi. Belə ayırmazdəm ki, bu gün yalnız müdafiə zəif oldu.
- Bu, motivasiya ilə bağlı ola bilərmi?
- Bu, elə deyil. Bir oyunu uduzmağımız o demək deyil ki, hər şeyi itirmişik. Komandada hər oyun alınmır.
- Son 2 oyunda 5 xal itirdiniz. Bu, Avroliqaya düşmək şansınızı azalda bilərmi?
- Yox. Bizi izləyən "Zirə"dən 9 xal qabaqdayıq. Düşünürəm ki, Avroliqaya düşməyə böyük şansımız var. Bir oyunu uduzmaq hər şeyi itirmək demək deyil.