UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədlərin yekun siyahısı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, UEFA-nın aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək Konqresində İcraiyyə Komitəsinə seçilmək uğrunda 8 yer üçün 13 namizəd mübarizə aparacaq.
AFFA-nın baş katibi Elxan Məmmədovun da daxil olduğu namizədlərin siyahısı belədir:
Zbiqnev Bonek (Polşa), Kayrat Boranbayev (Qazaxıstan), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Devid Gill (İngiltərə), Raynhard Qrindel (Almaniya), Marios Lefkaritis (Kipr), Elxan Məmmədov (Azərbaycan), Karl-Erik Nilsson (İsveç), Kiran O Konnor (Uels), Miçele Uva (İtaliya), Mixael van Praaq (Hollandiya), Servet Yardımcı (Türkiyə).