Kaxaber Tsxadadzenin futbolçusu karyerasını bitirdi
Ukrayna milli komandasının sabiq kapitanı Anatoli Timoşuk futbolçu karyerasını bitrib. Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi 38 yaşında karyerasını başa vurmağa qərara alıb.
O, "Kayrat"dan gedəndən sonar özünə yeni klub axtarmadığını söyləyib: "Rahat şəkildə futbolçu kimi çıxışımı başa vururam. İndi istirahət etməyə vaxt götürməyi qərara aldım. Həyatımda yeni statusda nə baş verdiyini düşünürəm. Yaxın vaxtlarda bütün suallara cavab verəcəyəm. İndi məşqçiliklə bağlı təkliflərim daha çoxdur. Gənc futbolçulara uğur qazanağa kömək edəcəyəm".
Xatırladaq ki, vaxtilə vətənində "Volın"la "Şaxtyor", Rusiyada "Zenit"də, Almaniyada "Bavariya"da oynayan Anatoli 2016-cı ilin noyabrında "Kayrat"dan gedib. Onun son baş məşqçisi Bakının "İnter" klubuna rəhbərlik etmiş gürcü Kaxaber Tsxadadzedir. Timoşuk "Zenit"lə UEFA kuboku və Superkubokunu qzaanıb.