Azərbaycan milli komandasının sabiq futbolçusu Amit Quluzadə Yunanıstanın "AEL Larissa" klubunun heyətində ikinci oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, komanda ölkəsinin ən titullu klublarından olan hazırkı lider "Olimpiakos"un qonağı olub.
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Quluzadənin komandası artıq 9-cu dəqiqədə hesabda 0:2 geridə olub və həmin vaxt mübarizənin taleyi həll olunub. Özüdə qonaqlar artıq 1-ci dəqiqədə qapısında top görüb. Amit debüt matçında olduğu kimi, fasilədən dərhal sonra meydana çıxıb.
"AEL Larissa" 20 oyundan 17 xalla 13-cü pillədə qərarlaşıb.