1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ağayevlə Mahmudov oynamadı, "Boavişta" xal itirdi - YENİLƏNDİ
"Boavişta" klubu Portuqaliya çempionatının XXI tur matçında "Braqa"nı qəbul edib. Sportnet.az-ın məlumatına görə, meydan sahiblərindən Azərbaycan milli komandasının oyunçuları Kamran Ağayevlə Emin Mahmudov ilk "11-lik"də olmayıb.
Baxmayaraq ki, Ağayevin 3 oyunluq cəzası artıq başa çatıb. O və Mahmudov sonadək ehtiyat oyunçular skamyasında qalıblar. Baş məşqçi Migel Leal qapıçı kimi start heyətdə Vaqnerə şans verib.
Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. 9-cu dəqiqədə Nikola Stoyilkoviçin qoluna "Boavişta" 39-cu dəqiqədə Fabio Eşpinyonun dəqiq penalti zərbəsi ilə cavab verib.
21 oyundan sonra "Boavişta" 26 xalla 11-ci pillədə qərarlaşıbsa, "Braqa" 38 xalla 4-cü yerdə gedir.
Xatırladaq ki, Kamran Ağayev "Benfika" ilə XVII tur qarşılaşmasında rəqib futbolçularla insidentə görə Portuqaliya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılmışdı.