"Neftçi"nin makedoniyalı sabiq legioneri Vançe Şikovun karyerasını Qazaxıstanda davam etdirmək varinatı olub. Sportnet.az-ın məlumatına görə, milli komandasının da üzvü olan 32 yaşlı müdafiəçi bu ölkədə leginer həyatı yaşamaqdan imtina edib.
Şikovun sözlərinə görə, buna səbəb Azərbaycandakı uğursuz karyerası olub: "Qazaxıstanda bir neçə variantım mövcud idi. Ancaq Azərbaycandakı xoşagəlməz tarixə görə imtina etdim. Makedoniyanın "Rabotniçki" klubunun futbolçusuyam. Hazırda seçimlə bağlı ən yaxşı qərarımı vermişəm".
Xatırladaq ki, ötən yay "Neftçi"yə keçən Vançe çempionatda 9 matçda meydanda olub. Komandanın baş məşqçisi Elxan Abdullayev kobud səhvləri ilə yadda qalan legioneri dekabrda əvəzedici heyətə göndərib. Bundan sonra isə onunla müqavilə pozulub.