"Kəpəz" Azərbaycan Premyer Liqasında cari mövsümün antirekordunu təkrarlayıb. Sportnet.az-ın məlumatına görə, Gəncə klubu ardıcıl 5 turdur meydanı məğlub tərk edir.
Bu, ötən ilin son matçı olan "Qəbələ"yə səfərdə 1:2 hesablı məğlubiyyətdən başlayıb. Şahin Diniyevin komandası qış fasiləsindən sonra səfərdə "İnter"ə 1:4, "Zirə"yə 0:1, "Sumqayıt"a 1:3, evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzub.
Gəncəlilərin sonuncu xal qazandığı matçda - XVII turda "Neftçi"ni evdə 2:0 hesabı ilə məğlub edib. Cari çempiionatda bunadək ən uzun məğlubiyyət seriyası məhz "ağ-qaralar" olub. "Neftçi" II-VII turlarda meydanı məğlub tərk edib.
Qeyd edək ki, "Kəpəz" kimi AZAL da qış fasiləsində hər 4 oyunda uduzaraq ən zəif göstəriciyə malikdir. Ancaq son pillənin sahibi ötən ilin son turunun qarşılaşmasında elə "Neftçi"yə səfərdə qalib gələ bilib - 1:0.