"Qarabağ" klubunun yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində səfərdə "Qəbələ"yə qarşı keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı braziliyalı futbolçu görüşə adi qaydada hazırlaşdıqlarını söyləyib: "Başqa rəqiblərə qarşı necə hazırlaşırıqsa, "Qəbələ”yə qarşı da eyni ciddiyyətlə, peşəkarlıqla hazırlaşırıq. Çünki baş məşqçimizin tələbi odur ki, heç bir rəqib arasında fərq qoymayaq. Bu səbəbdən bütün rəqiblərə eyni gözlə baxırıq və eyni ciddiyyətlə hazırlaşırıq".
Qeyd edək ki, Almeyda "Qarabağ"ın qəbələyə qarşı keçirdiyi son oyunda diqqət mərkəzində olub. O, görüşün 87-ci dəqiqəsində hesabı bərabərləşdirib, 90+4-cü dəqiqədə isə qırmızı vərəqə alıb və nəticədə 4 oyunluq cəzalanıb. (Klubun "facebook" səhifəsi)