
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun Azərbyacan Premyer Liqasının qarşıdakı turunda "Qəbələ" ilə səfər oyununda iştirakı sual altındadır.
Sportnet.az-ın məlumatına görə, təcrübəli müdafiəçi zədəsinin hələ sağalmadığını bildirib: "Əslində, kiçik zədəm vardı. Ancaq əvvəl olduğu kimi, həkimlərə qulaq asmayaraq tam sağalmamış meydana çıxdım, "Neftçi"yə qarşı oynadım. Qarşıdan təkcə klubumun yox, millinin vacib oyunları, Almaniya yığması ilə rəsmi matç var. Ona görə də bu dəfə tam sağalıb meydana çıxmaq istəyirəm. Hazırda müalicəm davam edir. "Qəbələ" lə oyunadək sağalsam, oynayacağam. Əks təqdirdə riskə getməyəcəyəm".
Xatırladaq ki, Qəbələdəki matç fevralın 19-da, Azərbaycan - Almaniya oyunu martın 26-da keçiriləcək.