
Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək "Neftçi” – "Kəpəz” oyununun biletləri satışa çıxarılıb. Sportnet.az-ın məlumatına görə, biletlərin ən ucuzu 1 manata, VİP yerlər üçün isə 5 manatadır.
Onları "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, fevralın 18-də "Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlanacaq.