
Fevralın 19-da Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Sumqayıt" - AZAL görüşünün keçirilməsində problem olmayacaq.
Sportnet.az-ın Sumqayıt təmsilçisinin rəsmi saytına istiandən verdiyi məlumata görə, ölkə ərazisində davam edən əlverişsiz hava şəraitinə baxmayaraq, komandanın ev oyunlarını keçirdiyi "Kapital Bank Arena" qar örtüyündən tam təmizlənib.
Stadion AZAL-la oyun üçün hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, "Sumqayıt" - AZAL matçı saat 15:00-da başlayacaq.