Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz Türkiyə mətbuatının, sosial şəbəkənin diqqət mərkəzindədir. Sportnet.az-ın məlumatına görə, Türkiyə Super Liqasının XXI turunun az öncə başa çatan açılış matçında - "Kayserispor"la səfər matçının 19-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alan "Bursaspor"un hücumçusu əsasən "Twitter" sosial şəbəkəsinin gündəmini zəbt edib.
Yılmaz rəqib futbolçusuna qarşı çox sərt oynayaraq onun topuğuna bilərəkdən zərbə vurub ki, baş hakim Yaşar Kemal Uğurlu bunu haqlı olaraq qırmızı vərəqə ilə dəyərləndirib. Nəticədə sosial medainın ən çox haqqında danışılan futbolçusuna çevrilən Yılmaz böyük təzyiq altındadır.
Yaşanan bu xoşagəlməz olay "Kayserispor" kimi, "Bursaspor"lu futbolsevərləri də hiddətləndirib. Hər iki komandanın tərəfdarları Dəniz haqda qəti qərar verilərək onun cəzalandırılmasını istəyirlər.