
Bu gün Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XIX tura start verilib. Sportnet.az-ın məlumatına görə, baş tutan 2 oyunda ümumilikdə 9 qol vurulub.
"Sumqayıt” evdə AZAL-ı 3:1 hesabı ilə üstələdiyi halda, 2-ci sırada qərarlaşan "Qarabağ” lider "Qəbələ”ni darmadağın edib - 4:1.
Qeyd edək ki, XIX tura dünən start verilməli idi. Lakin Peşəkar Futbol Liqası ölkədə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən "İnter” – "Zirə” oyununu fevralın 19-a təyin edib.
"Sumqayıt” – AZAL 3:1
Qollar: Süleyman Əhmədov, 35; 43; 55 - Renat Aşurov, 18-p.
"Qəbələ” - "Qarabağ” 1:4
Qollar: Ramil Hasanov, 7 - Nicat Abbasov, 36. İlyas Səfərzadə, 54. Vüqar Nadirov, 57. Elgün Nəbiyev, 68