
"Çətin oyun oldu, hər iki komanda müəyyən taktiki sxemlə oynayırdı”.
Sportnet.az-ın məlumatına görə, bunu"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri görüşdən sonra deyib.
Gürcüstanlı mütəxəssis 1:1 hesabı ilə yekunlaşan qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında bildirib ki, baxımlı oyun olmasa da, meydanda gərgin mübarizə gedib: "Onlar 10 nəfər qaldıqdan sonra geriyə çəkildilər və bizə bundan sonra oynamaq çətin oldu. Nəticə ədalətlidir. "Qarabağ”la matçda daha yaxşı oynamağa çalışacağıq”.
Qeyd edək ki, "İnter” fevralın 28-də XX tur çərçivəsində "Qarabağ”ın qonağı olacaq.