"Neftçi" komandası "Kəpəz"lə keçirdiyi Azərbaycan Premyer Liqasının XIX tur matçının hakimliyindən narazı qalıb.
Sportnet.az-ın məlumatına görə, Ruslan Abışov zədələndikdən sonra kapitan sarğısını qoluna taxan Georgi Navalovski referi Rauf Cabbarova oyundan sonra kəskin etiraz edib.
O, ikinci hissədə komandasının təmiz qolunun sayılmadığını bildirib. Cabbarov isə Navalovskiyə sarı vərəqə göstərib.