1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nicat Qurbanov: "Namiq dediyimi etmədiyindən aramızda gərginlik oldu" - MÜSAHİBƏ
"Kəpəz"in futbolçusu Nicat Qurbanovun Sportnet.az-a müsahibəsi
- "Neftçi" ilə səfər oyununuz qolsuz bərabərliklə nəticələndi. Səncə, nəticə ədalətli idimi?
- Qalib gələ də bilərdik. "Neftçi" ilə müqayisədə bizim real qol imkanlarımız daha çox oldu. Rəqi yalnız ikinci hissədə bir yüz faizli qol şansı yaxaladı. Demək olar ki uğursuzluq zolağından çıxmışıq. Komanda qazananacğı 1 qələbə ilə "oturacaq".
- Oyun yetərincə gərgin keçdi, futbolçular arasında qarşıdurmalar da oldu...
- Əlbəttə, "Neftçi" ilə bütün oyunlar gərgin keçir. Çünki bu komanda Azərbaycan futbolunun flaqmanıdır. Hamı "Neftçi"yə qarşı həm özünü göstərmək istəyir, həm də motivasiya istər-istəməz var. Rəqibimiz qış fasiləsindən sonda güclənib. Bütün oyunlarını təhlil etmişdik. "Neftçi" yaxşı oynayır. Əsas odur ki, futbolçularımızda bu oyuna motivasiya vardı. Hər şeyi kənara qoyub məğlubiyyət seriyamızda son nöqtəni qoymaq istəyirdik. Buna qazandığımız xalla nail olduq.
- Hakimliyi necə dəyərləndirirsən?
- Yaxşı. Məncə, Rauf Cabbarov oyunu pis idarə etmədi.
- Ancaq "Neftçi" Rauf Cabbarovun idarəçiliyindən narazı qalıb. Əsas da ilk hissədə çexiyalı futbolçusuna qarşı qayda pozuntusuna görə təyin olunmayan penaltiyə görə...
- Bu, "Neftçi"nin öz fikridir. Mən bu haqda bir şey deyə bilmərəm. Ancaq bizə görə baş hakimin ciddi bir səhvi olmadı.
- Bəs ikinci hissədə olan qapınız qarşısında olan epizodda top xətti keçmişdimi?
- Açığı, meydanın ortasında olduğumdan görmədim. Ancaq komanda yoldaşlarım dedilər ki, top qapı xəttini keçməmişdi.
- Oyunda yaddaqalan epizodlardan biri idi səninlə Namiq Ələsgərovla olan gərginlik idi ki, buna futbolçuların qarışması ilə insident böyüdü. "Kəpəz"ın keçmiş futbolçusu ilə aranda nə problem vardı?
- Komanda yoldaşım Dario Federiko yerə yıxılmışdı. Mamiqə 5-6 dəfə dedim ki, topu kənara çıxar. Ancaq o, çıxarmadı. Ona görə aramızda bir az gərginlik oldu. Ancaq Namiqlə yaxşı münasibətim var. Oyundan sonra danışdıq, hər şey qaydasında oldu.
- "Kəpəz" bu mövsüm nəyə ümid edə bilər?
- Çalışacağıq ki, qələbələrimiz çox olsun. Gəncədə 7 oyunumuz var və azarkeşlərimizi sevindirməyə səy göstərəcəyik. Ən əsası odur. Azarkeşlərimiz uğursuz oyunlara görə bir az bizdən inciyib. Onların könlünü alacağıq.
- Futbolçuların baş məşqçi Şahin Diniyevin istəməməsi ilə bağlı söz-söhbətlər haqda nə deyə bilərsən?
- Açığı, belə şey yoxdur. Şahin müəlimin komandada böyük əziyyəti var. O, hər futbolçunu özü seçərək komandaya gətirib. Dniyevin istefası söhbəti ola bilməz. Çünki həmişə arxamızda dayanıb, hər oyunda bizə motivasiya verir. Komandamızda baş məşqçi ilə bağlı hər şey qaydasındadır.
Mehman SÜLEYMANOV