1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maksim Medvedev: "Başqa yolumuz yoxdur"
"Hava şəraitinə baxmayaraq, maraqlı matç oldu. Hər iki komanda da vacib oyun olduğunu bilirdi, vuruşurdu. Azarkeşlərin dəstəyi də gözəl idi. Bu, futboldur, məğlubiyyətin olması da normaldır. Bəzən nə qədər hazırlaşsan da, bəzi məqamlar yaddan çıxır. Məğlubiyyət bizi sındırmadı".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev səfərdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra deyib.
Komandasını oyuna kapitan kimi çıxaran Medvedev növbəti oyunlarda qalib gəlmələrinin vacibliyini vurğulayıb: "Qarşıda hələ matçlarımız var. Belə situasiyalara rast gəlmişik, çıxış yolunu da bilirik. Əgər çempion olmaq istəyiriksə, növbəti oyunların hər birində qələbə qazanmalıyıq. Yəni, başqa yolumuz da yoxdur".
28 yaşlı müdafiəçi "Qəbələ” ilə aralarındakı prinsipiallığa da toxunub: "Bu matça qədər də prinsipiallıq vardı. Ötən mövsüm də belə idi. Qarşıda "Qəbələ” ilə ev oyunumuz var. Çalışacağıq ki, həmin görüşdə imkanlarımızdan istifadə edək, qələbə qazanaq".
Medvedev hava şəraitinin "Qarabağ"ın oyununa təsir etmədiyini vurğulayıb: "Mən müdafiədə olduğum üçün bütün oyunu görürdüm. Hiss olunurdu ki, topa biz nəzarət edirdik, bir nömrə kimi biz oynayırdıq. Hər şeyi etdik, amma rəqib qapısından topu keçirə bilmədik. Bu qarşılaşmada son zərbələri vuran çatışmadı. Baxmayaraq ki, hava soyuq idi, amma küləkli deyildi. Oyuna isindikdən sonra soyuğu hiss eləmədik, super matç keçdi. Azarkeşlər də sona qədər komandalarını dəstəklədilər. Hər oyun belə ab-havada olsa, bizim üçün böyük bir motivasiya olar".