1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vəliyev üçün yubiley
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu "Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev üçün yubileylə əlamətdar olub. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı qolkiper Azərbaycan çempionatında 250-ci oyununu keçirib.
AZAL üzərində 1:0 hesablı qələbə zamanı qapısını toxunulmaz saxlayan Vəliyev əlcək sahibi kimi meydana çıxdığı 249 matçda 249 top buraxıb. Orta hesabla hər görüşdə 1 qola üzülən Fərhad 1998/1999 mövsümündə 1 matçı sahə oyunçusu kimi keçirib.
Ümumilikdə isə 250-ci qarşılaşmaya çıxan qolkiper bu həddə çatan 52-ci futbolçu olub. Vəliyev ən çox oyun keçirən qapıçılar arasında isə üçüncüdür. O, yalnız Rauf Mehdiyevlə Cahangir Həsənzadədən geri qalır.
Ölkə çempionatında 1997/1998 mövsümündə "Şəfa”nın (U-18 adlandığı vaxt) heyətində debüt edən qapıçı 20 il ərzində "Xəzər” ("Sumqayıt” və "Kimyaçı” adlandığı vaxt), Quba "Şahdağ”ı, "Viləş”, "Neftçi”, "Gənclərbirliyi”, "İnter”, "Qarabağ” və indiki klubu "Sumqayıt”da forma geyinib.