Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu ölkəsinin münaqişədə olan iki sahilin futbol vasitəsilə birləşməsi ilə bağlı unikal təcrübədən danışıb.
Sportnet.az-ın məlumatına görə, Moldova ilə Dnestryanı arasında siyasi fikir ayrılığı üzündən gərgin vəziyyət olmasına baxmayaraq, futbol turnirləri daim keçirilir. Burada isə hər iki tərəfin komandaları iştirak edir.
Çebanunun fikrincə, bu, başçılıq etdiyi qurumun ən böyük nailiyyətlərindən biridir və dünyanın heç bir ölkəsində belə təcrübə yoxdur: "Bu planda Moldova əraziləri ilə bağlı münaqişəli ölkələr arasında unikalıdır. Burada Gücüstanla müqayisə aparmaq olar ki, orada həm Abxaziya, həm də Cənubi Osetiya arasında münaqişə var. Nəticədə onlar ayrı-ayrı çempionat keçirirlər. Azərbaycanla Ermənistan arasında gərgin münasibətləri üzündən bu ölkələr futbol meydanında görüşə bilmirlər".
Qeyd edək ki, UEFA Azərbaycanla Emənistan arasında münaqişəni nəzərə alaraq onların yığmalarını seçmə mərhələdə bir qrupa salmır.