1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA prezidenti ABŞ-ı tənqid etdi
ABŞ-ın hazırkı immiqrasiya siyasəti futbol üzrə 2026-cı il dünya çempionatının bu ölkədə keçirilməsinə mane ola bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə UEFA prezidenti Aleksander Çeferin "The New York Times" qəzetinə müsahibəsində bildirib.
Sloveniyalı qurum rəhbəri deyib ki, DÇ-2026-ya ev sahibliyi etmək üçün müxtəlif ölkələrin ərizələri gözdən keçiriləcək. Onun sözlərinə görə, əcnəbi vətəndaşların ABŞ-a səfər etmələrinə məhdudiyyətləri nəzərdə tutan sərəncamlar mundiala ev sahibliyi etmək uğrunda mübarizədə bu ölkəyə kömək olmayacaq: "İnsanlar siyasi qərarlar ucbatından dünya çempionatına gedə bilməsələr, onda belə səviyyəli turnirlər bu ölkədə keçirilməməlidir".
Qeyd edək ki, DÇ-2026-ya ev sahibliyi etməyə ABŞ-la yanaşı, İngiltərə, Qazaxıstan, Kolumbiya, Avstraliya və Yeni Zelandiya iddia edir. Əvvəllər iddiaçılar sırasında Türkiyə və Azərbaycanın da adları hallandırılırdı.