Azərbaycan Premyer Liqasının XX turunun "Zirə" ilə səfər oyununun sonlarında "Sumqayıt"ın baş məşqçisi Samir Abasovla köməkçisi Seymur Rəhimovun uzunmüddətli dialoqu diqqət çəkib. Sportnet.az-ın oyunda olan əməkdaşının verdiyi məlumata görə, cəzalı olduğu üçün görüşü tribunadan izləyən Abasov texniki zonadakı Rəhimova tribunadan yaxınlaşaraq, göstərişlərini verib.
İki dəqiqədən artıq davam edən dialoqun ardından köməkçi-məşqçi Amil Yunanovu meydandan çıxarıb. Əvəzində oyuna Ehtiram Şahverdiyev daxil olub.