
Futbol üzrə Azərbaycan I divizionunda XIX tura start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 4 matç baş tutub.
"Qaradağ Lökbatan” evdə "Şahdağ” 2:1, "Ağsu” isə səfərdə "Energetik”i 2:0 hesabı ilə məğlub edib. "Göyəzən” "Şərurspor” görüşündə isə qalib müəyyənləşməyib – 3:3.
Turun mərkəzi qarşılaşması sayılan "Səbail” – "Turan Tovuz” matçında da qalib müəyyənləşməyib. 45 xalla lider olan Qərb təmsilçisi ilə 40 xalla 2-i sırada qərarlaşan paytaxt klubunun oyununda qapılara qol vurulmayıb.
I divizion
XIX tur
9 mart
"Qaradağ Lökbatan” – "Şahdağ” 2:1
Qollar:Sabir Allahquliyev, 6; Sergey Markelov, 76 - Elmar Yəhyabəyov, 84
"Göyəzən” – "Şərurspor” 3:3
Qollar:Orxan İsmayılov, 14; Ruslan Məmmədov, 15; Azad Böyükkişiyev, 80 (p.) - Rəsul Babazadə, 22, 63; Mətin Əbilsoy, 76
"Energetik” – "Ağsu” 0:2
Qollar:Ramil Əliyev, 26; Allahverdi Allahverdiyev, 44 – öz qapısına
"Səbail” – "Turan Tovuz” 0:0