1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rəvan"la "Şərurspor"un qovulması məni şoka saldı"
"Son oyunlarda heç də pis çıxış etmirik. Əvvəlki dörd oyunla müqayisədə yaxşı çıxış etməyə başlamışıq". Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan I Divizionunun bombardiri Oruc Balaşlı deyib.
"Zaqatala"da çıxış edən 23 yaşlı hücumçu MOİK-lə XX tur matçında qalib gəlmək istədiklərini bildirib: "Düzdür, daha üst pillələrdə olmaq istərdik. Mübarizəmizi davam etdiririk. Qarşıda bizi MOİK-lə oyun gözləyir. Məncə bu, çempionatda ən önəmli 2-3 oyunumuzdan biridir. Çünki "Səbail” uduzub, biz qalib gəlsək, ikinci pilləyə qalxırıq. Üstəlik "Şəmkir”lə də xal fərqimizi artırırıq. Ona görə də bu matçda qalib gəlmək istəyirik”.
20 turdan sonra 23 qola imza atan Balaşlı "Rəvan” və "Şərurspor”un oyun alqı-satqısına görə Diviziondan qovulmasına da münasibət bildirib: "Bu iki klubun kənarlaşdırılması məni şoka saldı. Belə bir şeylə birinci dəfədir qarşılaşıram. "Şərurspor”un oyun alqı-satqısında adının hallanması? Hamı kimi mən də eşidirdim. Düşünmürəm ki, "Zaqatala”nın başına belə bir şey gəlsin. Çünki burada belə bir şeyin olacağına inanmıram”.
Gənc hücumçu Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək istəyini də açıqlayıb. O, İslamiadada Azərbaycanı təmsil edəcək 23 yaşadək futbolçulardan ibarət yığmada oynamaq istədiyini dilə gətirib: "Ümidim hər zaman var. Əlimdən gələni edəcəyəm ki, Yaşar Vahabzadə gələn toplanışa mənə də dəvət göndərsin. Bilirəm ki, millimizə bu turnirdə kömək ola bilərəm”.