Futbol üzrə Azərbaycan I Divizionunda XXI turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, "Ağsu" və "Turan Tovuz" komandaları arasında keçiriləcək turun mərkəzi görüşü FİFA referisi Əliyar Ağayevə tapşırılıb.
Premyer Liqa hakimlərindən İnqilab Məmmədov MOİK - "Şəmkir", Rauf Cabbarov isə "Qaradağ Lökbatan" - "Zaqatala" qarşılaşmasını idarə edəcək.
22 mart (çərşənbə)
"Ağsu” – "Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Nail Nağıyev
Hakim-inspektor: Azad Mütəllimov
Ağsu şəhər stadionu
"Energetik” – "Şahdağ”
Hakimlər: Anar Göyçayski, Yaşar Abbasov, Aleksandr Musatkin, Muxtar Acalov
Hakim-inspektor: Rəhman Tağıyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
MOİK – "Şəmkir”
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Elşad Abdullayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Rüfət Əliyev
"Bayıl Arena”
"Mil-Muğan” – "Bakılı”
Hakimlər: Nahid Xasıyev, Coşqun Həsənov, Vüsal Qənbərov, Bəxtiyar Gözəlov
Hakim-inspektor: Vahid Hüseynov
Heydər Əliyev adına İmişli şəhər stadionu
23 mart (cümə axşamı)
"Qaradağ Lökbatan” – "Zaqatala”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cəmil Nağıyev, Emin Nağıbəyov
Hakim-inspektor: Yavər Rəhimov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
Qeyd edək ki, bütün oyunlar saat 15:00-da başlanacaq.